YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: İşğalçı Ermənistan zaman udmaq istəyir

«Ermənitsanın qondarma «DQR»i tanıyacağı haqda fikirlər yeni məsələ deyil. Bundan əvvəl də dəfələrlə belə hal baş verib ki, Ermənistan parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsi gündəmə gəlib. Lakin hər dəfə də bu təklifdən imtina edilib». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov  bildirib ki, Ermənistan bununla Azərbaycana təzyiq göstərmək istəyir. Onun sözlərinə görə, yenidən Ermənistan müxalifətinin bu məsələnin aktuallaşdırmasının səbəbi Serj Sarkisyanın danışıqlardan imtina edilməsi barədə fikirləri olub.

«Amma bu məsələ real görünmürdü və belə də oldu. Çünki əgər bu baş verərsə, bütün münaqişənin mahiyyəti dəyişir. Yəni Ermənistanla danışıqlar masası birdəfəlik tarixin arxivinə atılmış olur. Bu zaman isə müharibə versiyası aktuallaşır. Ermənistan ordusunun dördgünlük müharibənin gedişatında nə qədər aciz olduğunun şahidi olduq. Hətta elementar texniki təchizat baxımından vəziyyətin acınacaqlı olduğu ortaya çıxdı. Məntiqlə yanaşdıqda irimiqyaslı əməliyyatlara Ermənistanın gücü və potensialının olmadığı aydın olur. Sadəcə, belə məsələləri gündəmə gətirməklə Ermənistan zaman udmaq istəyir»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv