YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevə haqqında «Unudulmaz» filminin təqdimatı keçirilib

Bu gün «Lider» televiziyasının və Nizami Kino Mərkəzinin təqdimatı ilə Ümummilli lider Heydər Əliyev haqqında «Unudulmaz» filmi nümayiş etdirilib.

Filmin təqdimat mərasimində Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətindən bəhs olunub. Qeyd edilib ki, dahi şəxsiyyət haqqında çoxsaylı filmlər hazırlanıb, əsərlər yazılıb.

«Unudulmaz» filmi isə Ulu öndər Heydər Əliyevin həyatının  «Klivlend» səhifəsinə həsr olunub. Belə ki, filmdə Azərbaycan xalqının Ümummilli liderinin ABŞ-ın «Klivlend» klinikasında müalicəsi ilə bağlı məlumatlara, Ulu öndərin müalicəsində iştirak edən həkimlərin fikirlərinə, bütövlükdə dünyanın ən tanınmış tibb ocaqlarından biri olan    «Klivlend» klinikası haqqında ətraflı məlumatlara geniş yer  verilir.