YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin xatirəsi Ankarada ehtiramla yad olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Ankaranın Yenimahallə rayonunda yerləşən Heydər Əliyev Parkında mərasim keçirilib.

Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən təşkil olunan mərasimdə diplomatlarımız, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Yenimahallə rayonunda yerləşən Heydər Əliyev Məktəbinin şagirdləri və müəllimləri, onların ailələri, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı, çoxlu sayda diaspor, QHT və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin heykəli önünə çiçəklər düzülüb, xatirəsi anılıb. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Səfir Faiq Bağırov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Heydər Əliyev Məktəbinin direktoru Necattin Şengəzər və həmyerlimiz - professor Rahilə Şükürovanın çıxışları dinlənilib. Çixışlarda Ulu Öndərimizin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, ölkəmizin çiçəklənməsi naminə həyata keçirdiyi siyasətdən, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətindəki səylərindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik etdiyi illərdə, həmçinin ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycançılıq məfkurəsinin formalaşmasında, elm və təhsilin inkişafında, sosial-iqtisadi sahədə nailiyyətlərin qazanılmasında böyük xidmətlər göstərib.

Çıxışlardan sonra Türkiyə Baş nazirinin müavinləri Numan Kurtulmuş və Lütfi Elvan, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarının mərasimə göndərdikləri məktublar oxunub.

Sonra Ulu Öndərimizin anadan olmasının 93-cü ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa və şer müsabiqəsinin qaliblərinə Azərbaycan səfirliyi adından hədiyyələr təqdim olunub.

Mərasimin bədii hissəsində Heydər Əliyev Məktəbinin şagirdlərinin Azərbaycan musiqiləri və rəqslərindən ibarət ifaları olub.

 

DİGƏR Xəbərlər Arxiv