YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür

«Heydər Əliyevin multikulturalizm sahəsində baxışları ən ümumi şəkildə Onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilə bilər. Azərbaycançılıq cəmiyyətin mədəni, dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə tutur. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki mümkün sayır, habelə onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, azərbaycançılıq müstəqil dövlət maraqları naminə və çərçivəsində fərqli sivilizasiyaların, dinlərin və etnik birliklərin öz xüsusiyyətlərini saxlamaqla vahid tam kimi çıxış etməsi anlamında qavranılır. Bu halda, müxtəliflik cəmiyyətin kamilliyini, dövlətin isə gücünü və qüdrətini ifadə edir. Azərbaycanın müstəqli dövlət quruculuğunda tolerantlıq, sivilizasiyalararası dialoq amilinin mühüm rol oynadığını söyləmək üçün kifayət qədər əsaslar mövcuddur.

«Hazırda multikulturalizm adını almış sosial hadisə Azərbaycanın təkcə tarixi ənənəsi və milli-mənəvi xüsusiyyəti deyil, həm də ölkəmizdə milli dövlət quruculuğunun və müasir cəmiyyətin formalaşmasının fundamental təməl prinsiplərindən biridir. Bu mənada, Ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür»- deyə, Əli Əhmədov vurğulayıb.