YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının mənzil qərargahında partiyanın 700 mininci üzvlük vəsiqəsinin təqdim olunması mərasimi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının mənzil qərargahında partiyanın 700 mininci üzvlük vəsiqəsinin  təqdim olunması mərasimi keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu mərasimin partiyanın həyatında əlamətdar bir gün olduğunu bildirib. Bu əlamətdar hadisənin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsinə təsadüf etdiyini deyən Əli Əhmədov qeyd edib ki, partiyamızın yaradıcı Heydər Əliyevin doğum gününü təkcə YAP deyil, bütün Azərbaycan xalqı hər il böyük təntənə ilə  qeyd edir. Bu tədbirlər çərçivəsində müxtəlif aksiyalar keçirilir. O cümlədən, YAP Heydər Əliyevin doğum gününün qeyd olunması məqsədilə bir sıra silislə tədbirlər keçirir və bu tədbirlər hazırda da  davam edir.

«Amma bu günün özəlliyi ondan ibarətdir ki, YAP-ın 700 mininci üzvlük vəsiqəsi təqdim olunur. Bu ondan xəbər verir ki, YAP-ın sıraları kifayət qədər genişdir. Bu gün YAP üzvlərinin 672 mindən çox üzvü var, 700 mininci vəsiqəni isə bu gün təqdim edirik. Ümumiyyətlə, partiyamız  sürətlə öz sıralarını artırır. Təbii ki, bu ölkə vətəndaşlarının Heydər Əliyev ideyalarına, Prezident İlham Əlyievin həyata keçirdiyi siyasətə böyük hörmət və ehtiramının ifadəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki,  YAP sıralarında gənclərin sayı artmaqdadır. Hər il orta hesabla 25 min yeni üzv partya sıralarına qəbul olunur. Yeni üzvlərin sırasında gənclərin sayı daha çoxdur. Bu da bizi sevindirir, çünki YAP-ın sıralarında gəncləşmə gedir. Bu fakt partiyamızın  parlaq gələcəyindən xəbər verir»- deyən YAP Sədrinin müavini gənclərin YAP-ın sıralarına qoşulmaq istəklərini təbii hesab etdiyini söyləyib. Əli Əhmədov bildirib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin reallaşmasında gənclərimiz yaxından iştirak edirlər. «Tələbə gənclərimiz müasir biliklərə yiyələnmələri ilə gələcək Azərbaycanın quruculuğunda iştirak etməyə özlərini hazırlayırlar. Eyni zamanda, Prezident  İlham Əliyevin kadr siyasətində gənclərə üstünlük verilir. Dövlət strukturlarına təyinatlarda kifayət qədər gənclər var və bu da Prezident tərəfindən gənclərə olan etimaddır. Bütövlükdə, Azərbaycan gəncləri YAP-da özlərinin inkişafı üçün çox əlverişli mühit olduğunu dərk edirlər. Hesab edirlər ki, YAP elə bir meydandır ki, bu meydan vasitəsilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə daha fəal iştitrak etmək mümkündür. Gənclər, həm də bu qərarı verməklə ölkənin siyasi həyatında iştirak etmək niyyətlərini ortaya qoyurlar. Bilirsiniz ki, Milli Məclisdə, bələdiyyələrdə YAP-ın təmsilçləri üstünük edir. Bütün bunlar gənclərimiz üçün YAP sıralarında öz bacarıqlarını nümayiş etdirmək imkanlarının yarandığından xəbər verir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov bildirib ki, YAP-ın 700 mininci üzvlük vəsiqəsi Azərbaycan Tibb Universitetinin 4-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Xatın Fərhad qızı Məmmədovaya təqdim olunur. Üzvlük vəsiqəsini Xatın Məmmədovaya təqdim edən YAP Sədrinin müavini ona təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində X.Məmmədova çıxış edərək ona göstiərilən etimadı doğrultmağa çalışacağını bildirib.

Tədbirdə həmçinin, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tərəfindən YAP-ın 700 mininci üzvlük vəsiqəsinin sahibinə hədiyyə təqdim olunub.   

DİGƏR Partiya xəbərləri Arxiv