Partiya xəbərləri
YAP Gənclər Birliyinin üzvləri “Güllələnmiş heykəllər”i ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup gənci Şuşanın işğalı günü ilə əlaqədar Milli İncəsənət Muzeyinin bağında yerləşdirilən, “Güllələnmiş heykəllər” abidəsi kimi tanınan, Şuşada vandalizmə məruz qalmış Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəllərini ziyarət ediblər.
Gənclərə 24 il bundan əvvəl dünyanın gözü qarşısında Ermənistan tərəfindən Şuşada törədilmiş vəhşiliklər, torpaqlarımızda həyata keçirilən vandalizm aktları, soyqırımlar barədə geniş məlumat verilib.
Qeyd olunub ki, bu heykəllər ulu öndər Heydər Əliyevin səyləri nəticəsində, onun şəxsən müdaxiləsindən sonra işğalçılardan geri alınıb.