YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sədrinin müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov mayın 5-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqi diplomatik fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

YAP Sədrinin müavini Əli Əhmədov səfirin Azərbaycandakı fəaliyyətinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcəkdir.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv