YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Yeni İpək Yolu iqtisadi regionunda dayanıqlı sənaye inkişafının gücləndirilməsinə dair iclas keçirilir

Mayın 4-də Bakıda İqtisadiyyat Nazirliyinin və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə təşkilatçılığı ilə “Yeni İpək Yolu iqtisadi regionunda inklüziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi: sənaye parkları, zonaları və şəhərlərinin potensialından istifadə” layihəsinin ilk iclası işinə başlayıb.

Tədbirdə İqtisadiyyat Nazirliyinin və UNIDO-nun, layihənin əhatə etdiyi ölkələrin, beynəlxalq qurumların, elm, təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri iştirak edir.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın tarixi İpək Yolunun vacib həlqəsini təşkil etdiyini, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında mühüm tərəfdaş kimi böyük tranzit potensialını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan beynəlxalq və regional əhəmiyyətli təşəbbüslərdə fəal iştirak edir. Bizim UNIDO ilə əməkdaşlığımızın zəngin ənənələri mövcuddur. Ölkəmiz UNIDO tərəfindən həyata keçirilən bu layihənin də reallaşmasında, sənaye parkları və zonaları sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.