YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı – 2015” Avropa Oyunlarının açılış mərasimi “Emmi” mükafatına layiq görülüb

“Bakı -2015” Avropa Oyunlarının açılış mərasimi “Emmi” mükafatına layiq görülüb. Bu barədə Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Oyunlar çərçivəsində Olimpiya idman növləri üzrə 16, qeyri-Olimpiya idman növləri üzrə 4 olmaqla, 20 idman növü üzrə yarışlar keçirilib. Avropa Oyunlarının açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannudur (Yunanıstan).

S.Məmmədova deyib: “Nyu-Yorkda yerləşən Amerika Televiziya Akademiyası (Academy of Television Arts & Sciences) bu il martın 24-də elan edib ki, “Bakı – 2015” Avropa Oyunlarının açılış mərasiminin namizədliyini altı nominasiya üzrə irəli sürüb. Qaliblər aprelin 29-da Los-Ancelesdə elan edilib. “Bakı – 2015” Avropa Oyunlarının açılış mərasimi iki nominasiyada – işıq rejissoru və ən yaxşı səs “Sound mix” nominasiyalarında “Emmi” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Daytime Emmy Award” Nyu-York və Los-Anceles milli televiziya sənəti və elm akademiyalarının Amerika televiziyalarının gündüz proqramlarının qabaqcıl təcrübəsinin etiraf edilməsi əlaməti olaraq təqdim edilən mükafatdır. “Emmi” mükafatı “Oskar” (kino), “Qremmi” (musiqi) və “Toni” (teatr) mükafatlarının televiziya ekvivalentidir.