YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polad Bülbüloğlu: Ermənistan Dağlıq Qarabağı tanısa, nəticələr çox neqativ olacaq

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Qovorit Moskva” radiostansiyasının efirində mayın 5-də Ermənistan parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşması barədə xəbərini şərh edib. Səfir bu məsələnin Ermənistan parlamentində bir neçə dəfə qaldırıldığını xatırladaraq deyib: “Hər dəfə sağlam zəka üstünlük qazanıb. Çünki “DQR”-in tanınması təxribatdır. Aprelin əvvəlində Ermənistan tərəfinin başladığı hərbi əməliyyatlara oxşar təxribat”.

Diplomat qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması bütün beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. P.Bülbüloğlu fikrinin davamında deyib: “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Konfransının qərarı, Avropa Şurasının, AŞPA-nın və digər beynəlxalq təşkilatların sənədləri var. Düşünürəm ki, Dağlıq Qarabağın tanınması haqqında qərarın qəbul ediləcəyi halda neqativ nəticələrə görə məsuliyyət Ermənistanın hazırkı rəhbərliyinin üzərinə düşəcək. Çünki nəticələr həddən artıq neqativ olacaq”.

P.Bülbüloğlunun sözlərinə görə, bu gün Azərbaycan sülh danışıqlarına hazırdır, baxmayaraq ki, Azərbaycan əraziləri hələ də atəşə məruz qalır. O deyib: “Məsələnin sülh yolu ilə həllinə nail olunmadığı təqdirdə Azərbaycan münaqişənin hərbi həllinə hazırdır. Əlbəttə, mən insanların ölməsini, evlərə tabutların gətirilməsini, torpağın od tutub yanmasını istəməzdim. Amma bizə başqa seçim saxlamırlar”.

“Azərbaycan tərəfi münaqişənin həllini necə görür” sualını cavablandıran səfir qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün, ilk növbədə, Ermənistanın işğalçı qüvvələri Dağlıq Qarabağı tərk etməlidir. P.Bülbüloğlu deyib: “İkinci məsələ Dağlıq Qarabağın statusudur. ATƏT-in Minsk qrupu 20 ildən çoxdur ki, fəaliyyət göstərir, masada təkliflər zərfi var, lakin Ermənistan tərəfi qərarların icrasından yayınır. BMT Təhlükəsizlik Şurasının qərarları var, bu şurada veto hüquqlu 5 ölkə, o cümlədən Rusiya da təmsil olunur. Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir. Ermənistan sülh danışıqlarından imtina edir. Deməli, bizə başqa çıxış yolu saxlamır”.

 

DİGƏR Xəbərlər Arxiv