YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni alınan “Msta S” özüyeriyən haubitsaları döyüş təlimlərinə cəlb edilib

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə Rusiyadan alınıb ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan “Msta S” özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.

Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada səmərəli tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir.

Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.