YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb

«Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etməsi,  əsgər və zabitlərlərlə, cəbhəyanı kəndlərin əhalisi ilə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb. Bu addım bir daha sübut etdi ki, cənab Prezident hər zaman Azərbaycan vətəndaşlarının yanındadır». Bu fikirləri apa.tv-yə müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, dövlət başçısının səfər çərçivəsində əhali ilə  görüşməsi, yaralı insanlara baş çəkməsi, dəyən zərərin aradan qaldırılması üçün tapşırıqların verilməsi tariximizdə mühüm bir hadisədir. Onun sözlərinə görə, ölkə Prezidentinin həmin bölgədə yaranmış vəziyyətə dərhal reaksiya verməsi də bunu təsdiqləyir.

«Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın ən güclü ordusudur, eləcə də postsovet məkanında da ən güclü ordudur. Dövlət başçısı səfəri zamanı ordunun təhcizatı, hərbçilərin ruh yüksəkliyini,  döyüş qabiliyyətini çox yüksək qiymətləndirdi»- deyən S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin cəbhə xəttində yaşayan insanlarla görüşməsi, onların problemləri, dəymiş ziyan barədə onlardan şəxsən məlumat alması, baş verənlərə canlı şəkildə görməsi əhali arasında nikbinlik və ölkə rəhbərliyinə inamın möhkəmlənməsində mühüm amildir.

«Dövlət başçısı qeyd etdi ki,  müharibə hələ bitməyib. Əgər sülh istəyiriksə müharibəyə hazır olmalıyıq. Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca hər hansı sülhdən söhbət gedə bilməz. Cəmiyyətimizin bütün təbəqələri də Ali Baş Komandan ətrafında birləşiblər və hər an Onun çağırışına hazırdırlar. Bu haqda ayrı-ayrı siyasi partiyalar, QHT-lər, gənclər və s. qurumlar  bəyanatlar səsləndiriblər. Cənab Prezidentimizin bu səfərini bütün dünya izlədi və Ermənistanın işğalçılıq siyasətinin bir daha şahidi oldu. Hesab edirəm ki, qarşı tərəf də bu barədə düşünməlidir və Azərbaycanın haqlı tələbini yerinə yetirərək işğalçılıq siyasətindən əl çəkməlidir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.