YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxanlılar Heydər Əliyev Fonduna məktəbin yenidən qurulmasına görə minnətdardırlar

Mayın 1-də Həştərxanda yerləşən 11 saylı orta məktəbin Heydər Əliyev Fondu tərəfindən tam rekonstruksiyasının 5 ili tamam olub.

Bu münasibətlə məktəbdə birinci sinif şagirdlərinin valideynlərinin yığıncağı keçirilib. 1937-ci ildə tikilən məktəbin tam yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanıb.

Məktəbin ərazisi iki dəfə artırılmaqla demək olar ki, yenidən tikilib. Məktəbdə akt zalı, idman zalı, yeməkxana, idman meydançaları fəaliyyət göstərir. Təşəkkür əlaməti olaraq Həştərxan şəhər rəhbərliyi ümumtəhsil məktəbinə Heydər Əliyevin adını verməyi qərara alıblar.

Məktəb 1939-cu ildən 1944-cü ilə qədər Kirov rayonunda ən yaxşı maarifləndirmə məktəbi sayılırdı. 20 sentyabr 1941 və 15 sentyabr 1942-ci il tarixləri arasında məktəbdə 4428 saylı təxliyə hospitalı yerləşirdi.

Müharibə dövründə də məktəb uğurlu fəaliyyətini davam etdirirdi.

Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanın ən qədim məktəblərindən biri yeni sima əldə edib və yeni nəsil Rusiya vətəndaşlarının tərbiyə olunmasında və biliklər veürilməsində yeni impuls alıb. Məktəbdə, həmçinin Azərbaycan guşəsi fəaliyyət göstərir. Burada şagirdlər Odlar Yurdu barədə məlumat əldə edirlər.