YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfələr verdi

“BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın dünya miqyasında daha yaxşı tanınması üçün gözəl fürsət idi və bundan  uğurla istifadə olundu”. Bu fikri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Forum çərçivəsində müxtəlif mövzularda seminarlar, bölmə iclasları baş tutdu və bütün dünya üçün aktuallıq kəsb edən məsələlərlə bağlı müzakirələr aparıldı. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumdakı çıxışında ölkəmizdəki tolerantlıqdan, multikulturalizmdən bəhs etdi, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamları, xüsusilə də ermənilərin təxrıbatçı hərəkətlərini iştirakçıların diqqətinə xüsusi olaraq çatdırdı.

“Dövlət başçısı Azərbaycanın haqq işini dünya ictimaiyyətinin nəzərinə çatdırmaqla ölkəmizin mövqeyini əminliklə ifadə etdi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər böyük maraqla qarşılandı. Bütövlükdə, bu Forum həm iştirakçıların tərkibinə, statusuna  və sayına, həm müzakirə olunan mövzuların əhəmiyyətinə görə qlobal platforma rolunu oynadı. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfələr verdi”- deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv