YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının X konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyasının Quba rayon  təşkilatının  X konfransı keçirilmişdir.

İlk öncə  konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Konfrans Quba rayonun Gənclər Mərkəzində davam etdirilmişdir.

Konfransı giriş sözü ilə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev açmış, qonaqları salamlamış və konfransın işinə uğurlar arzulamışdır. Ədalət Nəbiyev konfrans iştirakçılarını gündəlikdə duran məsələlər ilə tanış etmişdir.  Ulu Öndər Heydər Əliyevin və son zamanlar şəhid olan şəhidərimizin ruhu 1 dəqiqəlik sükutla yad  edilmişdir.

Konfransda YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyevin və nəzarət təftiş komissiyasının  sədr müavini Cəlal Qəribovun hesabat məruzələri  dinlənilmişdir. Daha sonra çıxışlara başlanılmışdır.  

Çıxış edən YAP Quba rayon təşkilatı İdarə Heyətinin üzvü Hüseynağa Baxışov və   Həsən Günəşli təşkilatın ötən konfransdan keçdiyi dövr ərzində görülmüş işləri qənaətbəxş  hesab  etmişlər.

Konfransda həmçinin təşkilati məsələlər müzakirə edimişdir. Yusif Aydın oğlu Abidov YAP Quba rayon təşkilatının yeni sədri seçilmişdir. YAP Quba rayon təşkilatının yeni tərkibdə  Şurası, İdarə Heyəti və nəzatər- təftiş komisiyası  seçilmişdir.

İdarə Heyətinin üzvü,Rayon İcra Hakimiyyətinin birinci müavini namizədliyini irəli sürürəm.     

Konfransda YAP İdarə heyətinin üzvü, akademik, BDU- nun rektoru Abel Məhərrəmov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış etmişlər.

 

DİGƏR Partiya xəbərləri Arxiv