YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir

Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.  Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov belə toplantıların ənənə halını aldığını bildirmişdir. Əli Əhmədov qeyd etmişdir ki, toplantılarda ölkədə keçirilən seçkilərə hazırlıq və partiyadaxili məsələlər ciddi müzakirə olunur. Bu da bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyalarının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov YAP-ın bu seçkilərlə  bağlı hazırlıq işləri apardığını diqqətə çatdırmışdır. «Məqsədimiz odur ki, bələdiyyə seçkilərində partiyamız böyük qələbə qazansın, yerli özünüidarə orqanlarında YAP-ın yüksək təmsilçiliyi təmin olunsun. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın bu seçkilərdə möhtəşəm qələbə qazanması  üçün kifayət qədər əsaslar var. Bilirsiniz ki, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi resurslardır. Biz inanırıq ki, bu resursların sayəsində, xüsusilə Prezidentimizin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq, yerli özünüidarə orqanlarında partiyamızın nümayandələri geniş miqyasda təmsil olunmaq imkanı əldə edəcəklər»- deyə, YAP Sədrinin müavini vurğulamışdır. Əli Əhmədov seçkilərə hazırlıq məsələləri ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Müşavirədə həmçinin, partiyadaxili məsələlər də geniş müzakirə olunmuşdur. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov çıxış etmişdir. Toplantı müzakirələr şəraitində davam etmişdir.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv