YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq

Mayın 24-25-də Tbilisidə Müdafiə və təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans keçiriləcək. /Trend/

Konfransda regional və beynəlxalq təhlükəsizlik məsələləri, müasir beynəlxalq quruluş problemlərinin kiçik ölkələrə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, ATƏT-in baş katibi Lamberto Zanyer, Gürcüstan hökümətinin və parlamentinin nümayəndələri forumun iştirakçıları sırasında olacaq.

Konfrans Gürcüstan Müdafiə Nazirliyinin və ABŞ Atlantik Şurasının təşkilatçılığı ilə keçirilir.