YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi “YAP K-2016” kartinq yarışı keçirmişdir

YAP Gənclər Birliyi Bakıda keçiriləcək “Formula-1 Avropa Qran Prisi”nə dəstək olaraq Bakı, Sumqayıt şəhər və Abşeron rayon təşkilatlarının Gənclər Birlikləri arasında “YAP K-2016” kartinq yarışı keçirmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etmişdir ki, Monako və Sinqapur Qran Priləri kimi biz də Bakıda ənənəvi şəhər yarışına ev sahibliyi edəcəyik: “20 ölkənin ev sahibliyi etdiyi “Formula- 1” yarışı təqviminin tam mərkəzində yer almış, sayca 10-cu Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. “Formula- 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyada olan “Formula- 1” fanatlarının diqqəti Bakıda olacaq.”

YAP Gənlər Birlikləri arasında “YAP K-2016” kartinq yarışının sonunda qaliblər mükafanladırılaraq, kubok və diplomlarla təltif edilmişlər.