YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Seyminin sədri bu ilin sentyabrında Azərbaycana səfərə gələcək

Latviya Seyminin sədri İnara Murnietse Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs məlumat verib. O, səfərin bu il sentyabrın ortalarında reallaşacağını bildirib. Qeyd edib ki, Azərbaycana ilk səfəri çərçivəsində Seymin sədri yüksək səviyyəli görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Diplomat, həmçinin Riqa meri Nil Uşakovun da Azərbaycana gələcəyini qeyd edib. O, hazırda iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin aparıldığını deyib. Bundan əlavə, Y.Maklakovs mayın 29-da Riqa ilə Bakı arasında birbaşa mövsümi aviareyslərin açılacağını da söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv