YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Latın Amerikası ölkələri ilə multikulturalizm sahəsində əlaqələrinin qurulması məsələsi müzakirə olunub

Azərbaycanda multikultural təhlükəsizliyin prinsipləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək göstərilməsidir.

Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik məsələləri və Latın Amerikası üzrə ekspert, jurnalist Piter Teyslə görüşü zamanı səsləndirib.

Görüşdə Kamal Abdullayev ölkəmizdəki milli və dini müxtəliflik və bu müxtəlifliyin qorunması üçün dövlət tərəfindən həyata keçirilən siyasət haqda məlumat verib. Dövlət müşaviri ölkəmizdə mövcud olan birgəyaşayış modelinin dünya dövlətləri tərəfindən böyük maraqla qarşılandığını, bunun nəticəsi olaraq Avropanın, o cümlədən Rusiyanın universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıldığını diqqətə çatdırıb.

Piter Teys Azərbaycana səfəri və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun təşkili məsələlərindən danışaraq bu işlərin çox yüksək səviyyədə həyata keçirildiyini ifadə edib. Bundan əlavə, o, yaşadığı ABŞ-ın Viskonsin ştatında fəaliyyət göstərən universitetlərdən birində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması işinə dəstək verəcəyini vurğulayıb.

Görüşdə yaxın gələcəkdə ölkəmizdə keçiriləcək müxtəlif beynəlxalq tədbirlər, Azərbaycanın Latın Amerikası ölkələri ilə multikulturalizm sahəsində qarşılıqlı əlaqələrinin qurulması və başqa məsələlərlə bağlı müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv