YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robin Dunniqan: TANAP enerjinin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir

Azərbaycan təbii qazını Türkiyəyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) enerjinin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bu fikirləri Atlantik Şurasının Vaşinqtonda keçirdiyi “ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) ixracı və Avropanın enerji təhlükəsizliyi” adlı konfransdakı çıxışında ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun enerji diplomatiyası üzrə dövlət katibinin müavini Robin Dunniqan deyib.

O bildirib ki, ABŞ uzun müddətdir ki, Avropanın enerji təhlükəsizliyini dəstəkləyir: “Mən karyeramın əvvəllərində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) layihəsi üzrə çalışmışam. ABŞ bu layihənin ən böyük dəstəkləyənlərindən biri idi və boru kəmərində heç bir kommersiya marağı yox idi”.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Gülmirə Rzayeva isə Türkiyənin də səhmdarı olduğu “Şahdəniz” və TANAP layihələrinin Avropa enerji təhlükəsizliyi baxımından mühüm rol oynadığını bildirib.

Konfransda ABŞ-ın LNG ixracının Avropanın enerji təhlükəsizliyini gücləndirməsi, Rusiyadan asılılığın azaldılması və neftin qiymətinin ucuzlaşması məsələləri müzakirə edilib.