YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın altıncı iclasının yekunlarına dair Protokol imzalanıb

İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair Hökumətlərarası Komissiyanın altıncı iclası başa çatıb.

İclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak edib.

Müdafiə Sənayesi Nazirliyindən bildiriblər ki, iki gün davam edən iclasda Azərbaycan ilə Pakistan arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bu əlaqələrin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Sonda komissiyanın altıncı iclasının yekunlarına dair Protokol imzalanıb.

Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain ilə görüşü və hərbi sənaye müəssisələri ilə yaxından tanışlığı da nəzərdə tutulur.