YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının 9-cu konfransı keçirilmişdir

26 aprel 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının 9-cu konfransı keçirilmişdir.

Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının memarı, Ulu Öndər Heydər Əliyevin Xocavənd rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.

Konfransda Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti  icra edən Azər Süleymanov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Sonra Yeni Azərbaycan Partiyasının memarı, Ulu Öndər Heydər Əliyevin və 2-5 aprel tarixlərində cəbhə xəttində erməni təxribatlarına qarşı qəhrəmancasına döyüşərək həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Gündəlikdə duran birinci məsələ barədə çıxış edən Azər Süleymanov Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının 8-ci konfransından keçən müddət ərzində görülmüş işlər barədə konfrans iştirakçılarına geniş məlumat verdi.

Daha sonra konfransda təşkilati məsələlər müzakirə edildi. Azər Süleymanov yekdilliklə YAP Xocavənd rayon təşkilatının sədri seçildi. Konfransda həmçinin YAP Xocavənd rayon təşkilatının idarə heyəti və siyasi şuranın yeni tərkibi və nəzarət-təftiş qrupu seçildi.

Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov geniş çıxış etdilər.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.