YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa Bakıya səfərə gələcəkdir

Latviyanın sabiq Prezidenti, Madrid Klubunun prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqa aprelin 22-də Azərbaycana səfərə gələcəkdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Bakıda olacağı bir həftə ərzində sabiq Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi layihələrdə iştirak edəcəkdir.

Xatırladaq ki, aprelin 27-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI Beynəlxalq idarə heyətinin toplantısı və I Baş Assambleyası təşkil ediləcəkdir. Aprelin 28-29-da isə II Qlobal Müştərək Cəmiyyətlər Forumu keçiriləcəkdir.

İkinci Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçiriləcəkdir.

Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatılacağı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edəcəkdir. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaqdır.  

 

DİGƏR Xəbərlər Arxiv