YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının VIII konfransı keçirilmişdir

Aprelin 21-də Yeni  Azərbaycan  Partiyası Göyçay rayon təşkilatının növbəti  VIII konfransı  keçirilmişdir.

Konfrans iştirakşıları əvvəlcə Ulu Öndərimiz, Ümummilli Lidermiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri  düzdülər.

Konfransda  Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatlarından  Rauf Əliyev və Elman Nəsirov iştirak edirdi.

Yeni  Azərbaycan  Partiyası Göyçay rayon təşkilatı 88 ilk partiya təşkilatı olmaqla  7828  nəfər partiya üzvünü özündə birləşdirir. Onlardan 4488 nəfəri qadınlar, 3112 nəfərini isə gənclər təşkil edir.

Konfransda YAP Göyçay rayon təşkilatının hesabat məruzəsi dinlənildi.  Sonra isə ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı partiya fəallarının fikir mübadiləsi aparıldı.

  YAP İcra katibinin müavini Siyavuş Novruzov konfransda çıxış edərək, respublikanın ictimai-siyasi həyatında cərəyan edən proseslər, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr barədə çıxış etmiş, YAP Göyçay rayon təşkilatının gələcək fəaliyyəti ilə bağlı tövsiyyələrini vermişdir.

Konfransda daha sonra təşkilti məsələlərə baxılmışdır.  Şükürov Sahib Yunis oğlu açıq səsvermə yolu ilə YAP Göyçay rayon təşkilatının sədri seçildi.

Konfransda həmçinin, YAP Göyçay rayon təşkilatının 49 nəfərdən ibarət Şurası, 17 nəfər tərkibdə İdarə Heyəti və 5 nəfərdən ibarət Nəzarət Təftiş Komisiyası seçildi.