YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolundan başqa həllini mümkünsüz saysa da, ordumuz başqa variantları da sübut etdi

«Minsk qrupu həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolundan başqa həllini mümkünsüz sayıb. Amma ordumuz alternativ variantların da mümkün olduğunu sübut etdi». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, bu hadisələrlə bağlı bir sıra beynəlxalq təşkilatlar obyektiv münsibət göstəriblər. Onun sözlərinə görə, AŞPA rəhbərinin bəyanatı digər qurumlar üçün nümunə olmalıdır.

«Ermənistan rəhbərliyi bu munaqişədə özünün  tərəf olmadığını göstərməyə çalışır. Amma son döyüşlər zamanı, xeyli sayda erməni hərbçilərinin tabutu, Yerevana getdi. Bu fakt Ermənistanın işğalçı dövlət olduğunu açıq şəkildə təsdiqləyir.   Dağlıq Qarabağdakı ermənilərə səslənirəm ki, onların təhlükəsizliyinin təmantıçısı yalnız Azərbaycan dövləti ola bilər. Siz yetər ki, Azərbaycan Konstitusiyasına riayət edib, burada yaşamağı qəbul edin, əlinizdəki silahı Serj Sərkisyana çevirin»- deyə, Z.Oruc qeyd edib.