YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır

«Aprelin əvvəlində cəbhə xəttində baş verənlər Ermənistan hərbi birləşmələrinin təxribatı idi. Azərbaycan Ordusu bu təxribata lazımi cavab verdi». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O.Əsədov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, son hadisələr Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu, müharibə olsaydı, ordumuzun haralara gedib çıxa biləcəyini göstərdi.

«Azərbaycan Ordusu sübut etdi ki, bu məsələni həll etmək iqtidarındayıq. Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamlardan oldu. Hazırda sülh danışıqları gedir. Güman edirəm ki, problem öz həllini tapacaq»- deyə, spiker vurğulayıb.