YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ dövlət katibinin köməkçisinın məsul müavini Bakı Limanı ilə tanış olub

Aprelin 15-də ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Azərbaycana səfəri çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru qonağa bildirib ki, hazırda Azərbaycanın iqtisadi siyasətinin əsas prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu sahənin ən proqressiv layihələrindən biri isə Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonasıdır (ATZ).

Baş direktor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən yaradılan ATZ haqqında qonağa məlumat verib. ABŞ rəsmisinin diqqətinə çatdırılıb ki, ATZ-nin yaranması ilə Yeni Bakı limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq, neft-kimya və farmasevtik sahələr yaradılacaq, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və sair kimi işlər həyata keçiriləcək.

T.Ziyadov Bakı Limanından aşırılan yüklərin 85 faizinin tranzit yükləri olmasını və Limanın Çin, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyə bazarlarına yaxın olması faktını diqqətə çatdıraraq söyləyib ki, bu, Limanın Avrasiyada aparıcı ticarət, nəqliyyat və logistika mərkəzinə çevrilməsini reallaşdıracaq.

Səfər zamanı Kurt Tonq “Naxçıvan” Yeni Bakı Limanı Kompleksinin birinci tikinti mərhələsi çərçivəsində artıq istifadəyə verilən bərə terminalının işi, Avropadan Mərkəzi Asiya istiqamətində hərəkət edən TIR-lar üçün yaradılan əlverişli şəraitlə, prosedurlarla, şəffaf və nümunəvi işlərlə tanış olub. ABŞ rəsmisi “Naxçıvan” gəmisində də olub.