YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis Mərkəzi Seçki Komissiyasının üzvlərini və əvəzedici üzvlərini təsdiq edib

Aprelin 15-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının iclasında Mərkəzi Seçki üzvləri və əvəzedici üzvləri təsdiq edilib.

Milli Məclisin sədri Oqtay Əsədov qanunvericiliyə uyğun olaraq parlamentə seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılmalı olduğunu bildirib.

Müzakirələr zamanı çıxış edən deputatlar MSK-nın indiki formatda formalaşdırılmasını məqbul sayıblar.

Sonra səsvermə yolu ilə MSK üzvləri və əvəzedici üzvlər təsdiqləniblər.

İclasda ikinci səsvermədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununa da baxılıb.

Parlamentin iclasında Hesablama Palatasının hesabatı dinləniləcək. Deputatlar, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəcəklər.

Bundan başqa, iclasda "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Psixiatriya yardımı haqqında" qanunlarda , İnzibati Xətalar, Mülki Prosessual məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.