YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da Transxəzər ticarət və tranzit dəhlizinin imkanları müzakirə olunacaq

Aprelin 28-29-da ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Con Hopkins universitetində “Transxəzər, Şərq-Qərb ticarət və tranzit dəhlizi” mövzusunda beynəlxalq forum keçiriləcək.

Tədbir Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın ABŞ-dakı səfirlikləri tərəfindən təşkil olunur. Forumda Azərbaycanın dövlət qurumlarının iştirakı gözlənilir.

Tədbirin əsas məqsədi - Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında yaranan əhəmiyyətli tranzit dəhlizlərini və bu dəhlizlərdən yararlanmaq imkanlarını müzakirə etməkdir. Həmçinin İpək Yolu marşrutu üzrə müasir layihələrin hazırlanması və investisiyaların həyata keçirilməsi ilə bağlı məsələlərinin müzakirəsi forumun məqsədlərindən biridir.

Forumda kommersiya təşkilatlarının da iştirakı təmin edilir. İştirak etmək üçün qeydiyyat aprel ayının 25-dək davam edəcək.