YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Zirvə toplantısında iştirakı çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, XİN-lərarası təmasların artırılması və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.