YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa-Asiya istiqamətində Rumıniyadan keçməklə yükdaşımalarının təşkili imkanlar müzakirə olunur

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı “dəyirmi masa” keçirilir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru Mamuka Baxtadzenin, “Moldova Dəmir Yolu” DB-nin baş direktoru Yuri Topalenin, Rumıniya “CFR Marfa Sa”nın baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirlər.

Iştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yükdaşımaların təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparırlar.

Tədbir çərçivəsində memorandum imzalanacaq.