YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti çox uğurlu nəticələr verir

«Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti çox uğurlu nəticələr verir». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, ölkə əhalisinin üçdə iki hissəsini 30 yaşınadək gənclər  təşkil edir. Onun sözlərinə görə,  gənclərlə bağlı 2005-2009-cu, 2011-2015-ci illəri əhatə edən Dövlət proqramları çərçivəsində xeyli işlər görülüb.

«Bu gün respublikamızda 320 qeyri-hökumət təşkilatının fəaliyyət göstərir. Həmin təşkilatlar beynəlxalq əlaqələr də malikdir. Azərbaycan Türkiyə, Küveyt, Qətər, Mərakeş, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq edir. İslam Əməkdaşlıq Təşkilatı ölkələri ilə də geniş əlaqələr mövcuddur. Biz səylərimizi birləşdirərək gənclər strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır»- deyə, nazir vurğulayıb.