YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin qərargahında daimi səlahiyyətli nümayəndələrin növbəti iclası keçiriləcək

Aprelin 19-da Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək.

İclasda aşağıdakı məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır: MDB Xarici İşlər Nazirlər Şurasının (XİNŞ) iclasının yekunları və Şuranın və Birliyin İcraiyyə Komitəsinin qəbul edilmiş sənədlərin icrası üzrə vəzifələri, MDB-nin iştirakçısı olan ölkələrin başçılarının Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı Bəyanatının layihəsi, Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, XİNŞ və MDB-nin İqtisadi Şurasının prosedur qaydalarına dəyişikliklərin edilməsinin məqsədəuyğunluğu.