YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan parlamentindəki çoxluq ermənilərə etiraz etdi

Gürcüstan parlamentində əsas çoxluğun lideri, hakim “Gürcü arzusu” partiyasının üzvü Zviad Kvaçantaridze qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı erməni deputatın çağırışına sərt cavab verib.

Zviad Kvaçantaridze həmkarlarına müraciət edərək deyib ki, heç kim bizə bədxah qonşu adını qazandıracaq təxribatçı çağırışlara uymamalıdır.

O deyib: “Bu günlərdə Qafqazda dərin və yatmış bir münaqişənin yenidən alovlanmasına cəhd olundu. Xoşbəxtlikdən beynəlxalq səylər nəticəsində bunun qarşısı alındı. Unutmamalıyıq ki, bizim ətrafımızdakı bəzi qüvvələr Qafqazda daim münaqişələrin yaranmasında maraqlıdırlar və onlar istəyirlər ki, Cənubi Qafqazın bütün ölkələri bu münaqişələrə cəlb olunsunlar. Mən bir daha bəyan edirəm ki, heç kim bədxah qonşu olmamağımız üçün təxribata uymamalıdır”.

Qeyd edək ki, Gürcüstan parlamentinin aprelin 13-də keçirilən iclasında Axalkalkidən olan erməni deputat Samvel Petrosyan qondarma “erməni soyqırımı”nın tanınmasını təklif edib. Bəzi deputatların sərt cavabından sonra Petrosyanın təklifi müzakirədən çıxarılıb.

Parlamentdəki çoxluğun lideri Z.Kvaçantaridzenin cavabı bir daha göstərir ki, Gürcüstan parlamenti yalançı erməni iddialarını müzakirə etmək fikrində deyil.