YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ dövlət katibi insan hüquqları sahəsində müsbət əməkdaşlıq kontekstində Azərbaycana istinad edib

ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatının ictimaiyyətə açıqlanması çərçivəsində dövlət katibi Con Kerri jurnalistlərə məlumat verib. Çıxışı əsnasında dövlət katibi ABŞ tərəfindən insan hüquqları sahəsində nail olduğu müsbət əməkdaşlıqdan danışarkən Azərbaycana istinad edib. O, bu mənada ötən ay Azərbaycan Respublikası Prezidentinin müvafiq əfv sərəncamı ilə bir qrup məhbusun azadlığa buraxılmasının Dövlət Departamenti tərəfindən alqışlandığını xatırlayıb və bu istiqamətdə işin davam etdiriləcəyinə əminliyini bildirib.