YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətlə Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər.

YAP gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Qarabağ şəhidlərinin əziz xatirəsini yad edib və məzarları önünə gül dəstələri düzüblər. Ümumilikdə 150-ə yaxın gənc şəhidlərin məzarını ziyarət edib.