YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı Seulda etiraz aksiyası keçirilib

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar Koreya Respublikasinda yaşayan azərbaycanlılar, o cümlədən “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri paytaxt Seulda dinc etiraz aksiyası keçiriblər.

Aksiyanın əsas məqsədi son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eləcə də, Azərbaycanla təmas xəttində Ermənistan işğalçı qüvvələrinin təxribatçı cəhdləri və dinc əhalinin qətlə yetirməsi ilə əlaqədar baş vermiş hadisələrə Koreya ictimaiyyətinin diqqətini yönəltmək olub.

Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziyalı və koreyalı tələbə iştirak edib. Tədbirdə “Ermənistan təcavüzkar ölkədir”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir, bizim olacaq”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” kimi şüarlar səsləndirilib.