YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kanadada keçirilən aksiyada Ermənistanın işğalçı siyasətinə son qoyulması tələb olunub

Kanadanın Ontario əyalətinin paytaxtı Torontonun mərkəzində erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən bildiriblər ki, aksiyada Toronto və onun ətraf rayonlarında yaşayan soydaşlarımız, o cümlədən azərbaycanlı tələbələr və türk icmasının üzvləri iştirak ediblər.

Əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqlarını dalğalandıran aksiya iştirakçıları Kanada Hökumətini və beynəlxalq təşkilatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına biganə qalmamağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməyə çağırıblar.

Aksiyada “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” kimi şüarlar səsləndirilib, Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulması tələb olunub.