YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçiləri ziyarət ediblər

Bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçiləri ziyarət ediblər.

YAP Qadınlar Şurasının üzvləri hərbçilərin vəziyyəti ilə maraqlanıblar.   Bildirilib ki, Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısını alarkən yaralanmış hərbçilərin səhhəti diqqət mərkəzindədir və onların sağlamlığının tam bərpa olunması üçün lazımi tədbirlər görülür.

Yaralı hərbçilərlə görüş zamanı YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva onlara Allahdan şəfa arzulayıb. Azərbaycan xalqının bu oğullarla qürur duyduğunu deyən N.Əliyeva düşmən hücumlarının qarşısının alınmasında ordumuzun göstərdiyi gücü xüsusi vurğulayıb. «Bu,  onu göstərir ki, Azərbaycan Ordusu çox güclüdür və torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. İnanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə torpaqlarımız tezliklə işğaldan azad ediləcək»- deyən, YAP Qadınlar Şurasının sədri belə qəhrəman oğullar böyütdükləri üçün onların valideynlərinə təşəkkür edib.

 

DİGƏR Partiya xəbərləri Arxiv