YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: İndiki zamanda Dmitri Medvedevin səfəri daha aktualdır

"Rusiyanın Baş naziri Dmitri Medvedevin Azərbaycana səfərini yüksək qiymətləndirirəm. Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yaxşı olub və bu cür səfərlərin mütəmadi olması Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına xidmət edir". Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, indiki zamanda D.Medvedevin səfəri daha aktualdır: "Hesab edirəm ki, son dövrdə baş verən hadisələri, o cümlədən Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olmasını və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı bir tərəf kimi çıxış etməsini nəzərə alsaq, indiki zamanda belə bir səfər daha çox aktualdır".

Deputat qeyd edib ki, müzakirə olunan məsələlərə və yayılan məlumatlara uyğun olaraq, Rusiya Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunmasında maraqlı olan tərəf kimi görünür.

S.Novruzov bu səfərin iki ölkə arasında iqtisadi münasibətlərə təsirindən də danışıb. O deyib ki, Rusiyanın ən çətin dövründə, bu ölkəyə qarşı embarqolar tətbiq edilən zamanda da Azərbaycan həmişə Rusiyanı iqtisadi baxımdan dəstəkləyib, o cümlədən Rusiyanın kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi ilə əlaqədar xeyli işlər görüb: "Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq neçə illərdir davam edir və çoxşaxəlidir. Hesab edirəm ki, gələcəkdə də bu münasibətlər yüksələn xətt üzrə davam edəcək".

 

DİGƏR Xəbərlər Arxiv