YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın Kopenhagendəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Danimarkada yaşayan Azərbaycan icmasının üzvləri Ermənistan ordusunun ölkəmizə qarşı həyata keçirdiyi təxribatlara qarşı bu ölkənin Kopenhagendəki səfirliyinin binası önündə etiraz aksiyası keçiriblər.

Aksiyada Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiya iştirakçıları son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, habelə beynəlxalq hüququn normalarına məhəl qoymayaraq dinc sakinlərə qarşı aparılan silahlı hücumları pisləyən şüarlarla çıxış ediblər. Qeyd olunub ki, baş verən toqquşmalarda hərbçilərlə yanaşı, dinc sakinlər arasında tələfatların olması yolverilməzdir və bu hallar dünya ictimaiyyəti tərəfindən ciddi şəkildə qınanmalıdır. Çıxışçılar erməni silahlıları tərəfindən təmas xəttində təxribat cəhdlərinin törədilməsini sərt şəkildə pisləyərək, dünya ictimaiyyətini məsələyə obyektiv və hərtərəfli qiymət verməyə çağırıblar.

Təmas xəttində gedən döyüşlərdə Vətənimizi qəhrəmancasına qoruyan Azərbaycan Ordusuna dəstək şüarları ilə çıxış edən aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların qərar və qətnamələrini yerinə yetirərək Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxmasını tələb ediblər.

Sonda bəyanat qəbul olunub.

Aksiyada Danimarkada yaşayan azərbaycanlılarla yanaşı, Kopenhagendə fəaliyyət göstərən türk və türkmən diasporunun nümayəndələri də iştirak ediblər.