YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldova Respublikasının sabiq Prezidenti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin üzvü Pyotr Luçinski Prezident İlham Əliyevə məktub ünvanlayıb

Moldova Respublikasının Prezidenti (1997-2001), Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin üzvü Pyotr Luçinski Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Dağlıq Qarabağ regionunda hərbi toqquşmaların yenidən başlanması haqda xəbər məni çox həyəcanlandırdı. Bu cür daxili münaqişənin nə demək olduğunu və Sovet İttifaqının dağılmasının necə “miras” qoyub getdiyini Azərbaycan xalqı kimi, Moldova xalqı da öz təcrübəsindən bilir. Təəssüf ki, indiki anda beynəlxalq hüquq bu cür münaqişələri hələ həll edə bilmir, hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sonra da bu münaqişə həll edilməmiş qalır. Lakin mənim fikrimcə, indiki vəziyyətdə, ətrafda hər şeyin alovlandığı bir vaxtda dövlətin bu yarasını sağaltmaq çətindir, yalnız yeni çapıqlar yarana bilər.

Məşhur bir kəlam var: “Şər deməsən, xeyir gəlməz!”. Bu gün ölkənizin cənub-qərbində baş verən bu dramatik hadisələr münaqişənin tezliklə daha səmərəli və etibarlı həllinin axtarışında bəlkə də beynəlxalq ictimaiyyəti fəallaşdıra bilər.

Cənab Prezident, əminəm ki, Siz öz nüfuzunuz və uzun illər boyu Azərbaycanın qazandığı nüfuz sayəsində bu məsələnin dinc yolla həllini tapa biləcəksiniz.

Sizə cansağlığı, müdriklik və işlərinizdə uğurlar arzulayıram.”