YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Beynəlxalq müstəvidə bizim haqq işimizin dəstəklənməsi tendensiyası mövcuddur

«Cəbhə xəttində baş verən hadisələrə beynəlxalq birlik tərəfindən fəal münasibət bildirildi. Ermənistanın təxribatçı hərəkətlərinə lazımi reaksiya verilməlidir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, beynəlxalq aləm Ermənistanın hərbi avantürasına, təxribatçı hərəkətlərinə reaksiya verməkdədir. Onun fikrincə, prinsip etibarilə bu reaksiyalar Azərbaycan üçün müsbətdir.

«Beynəlxalq müstəvidə bizim haqq işimizin dəstəklənməsi tendensiyası mövcuddur. Xüsusilə AŞPA sədrinin, İƏT-in baş katibinin, Türkiyə, Pakistan, Belarusun, eləcə də bir sıra ölkələrin parlamentlərin və təşkilatların nümayəndələri Ermənistanın  işğal etdiyi torpaqlardan çıxmalı olduğunu vurğulayıblar. Ümumiyyətlə, son illər Azərbaycanın hücum diplomatiyası uğurlu nəticələr verməkdədir. Ermənistan görürdü ki, beynəlxalq aləmdə mövqelərini itirir. Ona görə də, cəbhə xəttində təxribata əl atdı. Amma bu dəfə də «daş qayaya» rast gəldi. Prezident İlham Əliyev Azərbaycanın güclü Ordusunun yaradıldığını dəfələrlə bəyan edib. Ermənistan isə bu təxribatı zamanı praktik olaraq ordumuzun gücünü gördü»- deyə, Elman Nəsirov qeyd edib.