YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: İstənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır

«Müasir dövrün çağırışlarına cavab verməyin yolları  Azərbaycan dövlətinin təhsil strategiyasında öz əksini tapıb. Strategiyada nəzərdə tutulan tədbirlər sırasında təhsil sahəsində plagiatçılığın qarşısının alınması xüsusi çəkiyə malikdir». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, bu nöqteyi nəzərdən təhsil sistemində fəaliyyət göstərən alimlərimiz, təhsil alanlar və təhsil verənlər qarşısında birmənalı şəkildə yeni çağırışlar dayanır.

«Təhsil sistemimizdə plagiatın olmaması hər birimizin qarşısında duran əsas məqsəd və vəzifədir. 21-ci əsrdə, elm və təhsilin yüksək xətlə inkişaf etdiyi zamanda plagiatdan istifadə qətiyyən qəbuledilməzdir. Bu həm hüquqi nöqteyi nəzərdən, həm də mənəvi nöqteyi nəzərdən düzgün hesab edilmir. Xüsusilə təhsil sahəsində. Biz hər zaman vurğulayırıq ki, təhsil sistemində vacib amillərdən biri də yeni biliklərə yiyələnmək və bu bilikləri gənc nəslə ötürməkdir. Palgiatın qarşısını almaqdan ötrü beynəlxalq təcrübəyə əsaslanaraq bu gün bir çox işlər həyata keçirilir»- deyə, nazir vurğulayıb.