YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: İnkişafın yeni mərhələsi nəticəsində əldə olunan uğurlar dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək

«Mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir». Bu fikiləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir.

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu ilin əvvəlindən maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan uğurlar  dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək»- deyə, komitə sədri vurğulayıb.