YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq

Noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum - 2016”nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un (Caspian Business Club) sədri İlham Əliyevə “İlin islahatçısı” nominasiyası üzrə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim edilir. “Caspian Energy Award” beynəlxalq mükafatı “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy International Media Group”un dəstəyi ilə təşkil olunur.

Telman Əliyev qeyd edib ki, “Caspian Energy International Media Group”un təşkil etdiyi beynəlxalq foruma “Caspian European Club”un nümayəndələri gələcəklər. Tədbirdə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları iştirak edəcəklər.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarlarına inteqrasiyasının aspektlərinin müzakirəsi nəzərdə tutulan Caspian Energy Forum keçiriləcək. Forumda regionun enerji, nəqliyyat və infrastruktur layihələrində Azərbaycanın hakim mövqeyi, artan upstream qaz sektoru, “Cənub” qaz dəhlizi layihələri, Xəzərin resurs potensialı diqqət mərkəzində olacaq.

Forumun ikinci hissəsində isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian Business Forum keçiriləcək. Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, nəqliyyat, inşaat və digər bu kimi qeyri-neft sektorlarına innovasiyaların tətbiqi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması məsələləri müzakirə ediləcək.

Əlavə məlumatı info@caspianenergy.net; info@caspenergy.com elektron ünvanından almaq olar.