YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi “Facebook” istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyinin mətbuat xidməti “Facebook” sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, artıq bir neçə gündür nazirliyin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin məlumatlarını ictimaiyyətə operativ şəkildə çatdırmaqdır.

Məlumatda deyilir: “Bununla yanaşı, “Facebook” sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır. Rəsmi olaraq bildiririk ki,https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir.

“Facebook” istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.