YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın son təxribatını pisləyib

Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi son təxribatı pisləyən bəyanat verib.

Bəyanatda bildirilir ki, Assosiasiya Ermənistanın növbəti təxribatı nəticəsində baş vermiş son döyüşlərin günahsız qurbanlarına rəhmət diləyir, onların ailələrinə, eləcə də Azərbaycan xalqına başsağlığı verir və onları dəstəklədiyini vurğulayır. Assosiasiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin illərdən bəri əsassız və faciəvi qarşıdurmalara aparan status-kvoya hələ də son qoymadıqlarına təəssüfləndiyini bildirir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət olunmasını arzulayır.

Bəyanatda, həmçinin Azərbaycanın Qarabağda atəşi birtərəfli qaydada dayandırması alqışlanır.

Assosiasiya bütün tarixi həqiqətləri əksinə təqdim edən, başladığı münaqişənin qurbanına çevrilən Ermənistanı da atəşi dayandırmağa çağırır.