YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Ötən müddət ərzində əsaslı uğurlara imza atdığımızı söyləmək mümkündür

«Prezident İlham Əliyevin milli mətbuatımızın inkişafı prosesinə daim diqqətlə yanaşır. Ötən dövr ərzində bu sahədə görülən işlər dövlətimizin mətbuata yüksək diqqətinin göstəricisidir». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

 Ə.Amaşov bildirib ki, ötən dövr ərzində Mətbuat Şurası özünü cəmiyyətdə təsdiqləyib. Onun sözlərinə görə, şura media məkanımızdakı neqativ hallara qarşı ciddi mübarizə aparır.

«Ötən müddət ərzində bu istiqamətdə əsaslı uğurlara imza atdığımızı söyləmək mümkündür. Ancaq media məkanımızda problemlər də qalmaqdadır. Problemlərin bir çoxu sahənin özünün dinamikliyindən irəli gəlir. Məsələn, vaxtilə biz çap mediası bolluğunun yaratdığı çətinliklərlə mübarizə aparmış və müəyyən müsbət nəticələr əldə etmişdiksə, texnoloji yeniliklərin meydana çıxardığı internet medianın fəaliyyət dəst-xətti mövcud istiqamətdə daha fərqli mübarizə metodlarının işlənilməsini və tətbiqini aktuallaşdırır»- deyə, Ə.Amaşov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv